RU

Şəmistan Nəzirli vəfat etdi

Hərbi jurnalist, nasir Şəmistan Nəzirli 83 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Onun bu gün Üzeyir Hacıbəylinin doğum günü münasibətilə keçiriləcək tədbirlə bağlı Qazaxa getdiyi və orada vəfat etdiyi bildirilir. 

Qeyd edək ki, Ş. Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Yuxarı Körpülü kəndində anadan olub. AzTV-də, Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində və digər qurumlarda fəaliyyət göstərib.
Избранный
71
6
demokrat.az

7Источники