RU

“Formula-1” Azərbaycan Qran-prisinin vaxtı daha bir neçə il uzadıldı

Ölkəmizdə böyük marağa səbəb olan “Formula-1” yarışları Azərbaycanda 2030-cu ilə qədər keçiriləcək.

Editor.az  xəbər verir ki, bu barədə yarışların rəsmi saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, Azərbaycan Qran-prisi, razılaşmaya əsasən, daha dörd il “Formula-1” təqvimində yer alacaq.

Razılaşmanı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, “Formula-1″in prezidenti Stefano Domenikali və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev imzalayıblar.

Xatırladaq ki, daha öncəki razılaşmaya əsasən, ən son yarışın 2026-cı ildə keçirilməsi nəzərdə tutulurdu.

Избранный
56
5
editor.az

6Источники