Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Goranboy şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayev Babakişinin münaqişə zəminində keçmiş həyat yoldaşı, Zaqatala rayon sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərovanı bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.
Xəsarət alan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.
Hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində F. Ömərovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Abdullayev Babakişi saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, B. Abdullayevin ruhi-əsəb dispanserində qeydiyyatda olduğu bildirilir.
6Источники
-
bizim.mediaGoranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı ( 21559288)
-
cebheinfo.azGoranboyda qadın bıçaqlandı: Keçmiş əri saxlanıldı ( 21557116)
-
avtosfer.azGoranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı ( 21555844)
-
manset.azGoranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı ( 21555151)
-
hurriyyet.azGoranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı ( 21554968)
-
demokrat.azGoranboyda qadın bıçaqlandı — Keçmiş əri saxlanıldı ( 21554410)