Ağdam, 20 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs olunub.