Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüş keçirməyi planlaşdırdığını bildirib.
Moderator.az bu barədə Ukrayna KİV-ə istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçiriləcək.
Bildirilir ki, görüşün gündəliyində təhlükəsizlik, investisiyalar və hərbi sahədə əməkdaşlıq məsələləri yer alacaq.