RU

O, gecikir, rəhbərlik susur

Milli komandalara görə yaranmış iki həftəlik fasilə də "Kəpəz"in dadına çatmadı.

Bölgə klubu istirahətdən qayıdar-qayıtmaz məğlubiyyət seriyasına davam etdi.

Bu dəfə "Araz-Naxçıvan" gəncəlilərə şans tanımadı - 2:0.

Adil Şükürov isə yenə "yaxşı olacaq" deyir.

Məncə, təcrübəli məşqçi gecikir.

İstefa verib getməyə.

Bu qərar onun özü üçün də, klub üçün də faydalı ola bilər.

Hər ötən tur vəziyyət daha da pisə doğru gedir.

Axı yeni gələcək mütəxəssisin də işləməyə, nəyisə dəyişməyə zamanı olmalıdır.

Əks halda, mövsümün sonu Qərb təmsilçisi liqadan düşsə uğursuzluq Adil Şükürovun boynunda qalacaq.

Hətta bir neçə tur sonra istefa versə belə.

Rəhbərlik isə susur.

Nəyi gözləyir anlamaq çətindir.

Əsas rəqiblər xalı xal üstə yığır, "Kəpəz" isə məğlubiyyət xanasını "zənginləşdirməklə" məşğuldur.

Deyəsən, 3 mövsümdü bölgə klubunun başının üzərini alan Birinci Liqa adlı qara buludları bu dəfə dağıtmaq mümkün olmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
30
sportinfo.az

1Источники