Qəbələ şəhər stadionunda 3-cü MDB Oyunlarına hazırlıq məqsədilə hazırlıq xarakteri daşıyan futbol matçı keçirilib.


Rekord.az xəbər verir ki, oyun 3-cü MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən gerçəkləşib.


Hazırlıq görüşündə "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandaları qarşılaşıblar.


3-cü MDB Oyunları öncəsi təşkil edilən test yarışlarında təşkilati məsələlər yoxlanılır, texniki detallar sınaqdan keçirilir və təhlükəsizlik tədbirlərinin təşkili də ətraflı şəkildə yoxlanılır.


Xatırladaq ki, 3-cü MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.


3-cü MDB Oyunları çərçivəsində futbol yarışı Qəbələ şəhər stadionunda təşkil olunacaq.