Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda iki qəza qeydə alınıb. 1news.az-ın məlumatına görə, əvvəlcə "Kik-Zauber" komandasının pilotu Niko Hyolkenberqin idarə etdiyi bolid səddə çırpılıb. Daha sonra "Uilyams" komandasından Aleksander Albon eyni taleyi yaşayıb. Hər iki hadisədən sonra qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb. Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 21-də keçiriləcək.