RU

Qadın deputat geyiminə görə zaldan çıxarıldı - Foto

Niderland parlamentində büdcə müzakirəsi zamanı deputat Ester Ouyhantdan Fələstin bayrağının rənglərində olan köynək geyindiyinə görə zalı tərk etməsi istənilib.

Axar.az xəbər verir ki, sağçı Azadlıq Partiyasının üzvü, parlamentin spikeri Martin Bosma deputatın geyimini parlament daxilində zahirən siyasi neytrallıq prinsipinə uyğun olmayan hesab edib.

Spiker əvvəlcə Esterin davam etməsinə icazə verəcəyinə işarə etsə də, digər partiya liderlərinin etirazları onu qaydalara əməl etməyə və onun zaldan çıxarılmasını tələb etməyə sövq edib.

Deputat spikerin tələbini yerinə yetirməkdən boyun qaçırsa da, sonda zaldan çıxıb.

Qısa müddət sonra o, Fələstinlə həmrəyliyi ifadə etmək üçün fələstinli fəalların istifadə etdikləri başqa bir simvol olan qarpız rəngli köynək geyinərək geri qayıdıb, bu dəfə etiraz olmadan çıxışına davam edib.

Избранный
24
3
axar.az

4Источники