Bildirək ki, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində əsası qoyulan festival ölkəmizin ən böyük sənət layihələrindəndir.
Konsertdən öncə mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları şəhər sakinləri Xankəndi şəhərinin mərkəzi meydanında Uşaq İncəsənət Festivalı üçün qurulmuş guşə ilə tanış olublar. Məkanda UİF iştirakçıları öz yaradıcılıqlarını nümayiş etdirmək imkanı qazanıblar. Ərazidə qurulmuş oyun zonasında zəka oyunları, interaktiv əyləncə küncləri və yaradıcı fəaliyyət sahələri xüsusilə uşaqların böyük marağına səbəb olub.
Sonra tamaşaçılar böyük səhnədə UİF qaliblərinin ifasında mahnı və rəqslərdən ibarət geniş konsert proqramını izləyiblər.
Bütün ifalar alqışlarla qarşılanıb. Bununla da uşaqlar şövqlü ifaları ilə Xankəndi Şəhəri Günü və Dövlət Suverenliyi Gününə öz sənət töhfələrini veriblər.
Qeyd edək ki, bu il ikinci dəfə gerçəkləşən Uşaq İncəsənət Festivalı dövlət başçısının həyata keçirdiyi milli mədəniyyət siyasətinə uyğun olaraq, milli dəyərlərimizin gənclərə aşılanması, ənənəvi sənət sahələrinin yaşadılması, eləcə də onların dövlətçiliyə, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinə xidmət edir. Festival həmçinin Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizdə mədəniyyətin inkişafı və gənc istedadların dəstəklənməsinə yönəlmiş fəaliyyətinin tərkib hissəsidir.




5Источники
-
olay.azXankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib ( 21559528)
-
demokrat.azXankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib — FOTOLAR ( 21558421)
-
manset.azUşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO ( 21557656)
-
olay.azXankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib ( 21556861)
-
teleqraf.comXankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi ( 21556294)