Formula 1 Azərbaycan Qran-prisində təsnifat yarışları başa çatıb.
Offsideplus.az xəbər verir ki, sonuncu sessiya xeyli maraqlı alınıb və sürpriz nəticələr olub.
Əvvəlcə Şarl Lekler, daha sonra isə çempionatın lideri Oskar Piastri bariyerlərə girib.
Sonda isə poul "Red Bull"un pilotu Maks Ferstappenin olub.
2-ci yeri "Uilyams"dan Karlos Sayns, 3-cü yeri isə Liam Louson tutub.
"Mersedes"in pilotları Kimi Antonelli və Corc Rassell müvafiq olaraq 4 və 5-ci yerləri tutub.
Favoritlərdən Lando Norris ancaq 7-ci ola bilib.
Qeyd edək ki, əsas yarış sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.