RU

Günəbaxan tumları: kim yeyə bilər, kim yeyə bilməz?

Günəbaxan tumları tərkibində E vitamini, maqnezium və sağlam yağlar olduğu üçün ürək-damar sağlamlığını dəstəkləyir və enerji verir. Onlar həmçinin həzm sistemini yaxşılaşdırır, bağırsaq hərəkətlərini normallaşdırmağa kömək edir. İmmuniteti gücləndirir və xolesterol səviyyəsinin tənzimlənməsinə faydalıdır.

E-sağlam.az xəbər verir ki, günəbaxan tumlarının bu qədər zəngin tərkibə malik olması, heç də hər kəs üçün faydalıdır anlamına gəlmir. Elə sağlamlıq problemləri olan insanlar var ki, onlara günəbaxan tumları tövsiyə olunmur.

Kimlərə yemək olmaz:

Böyrək xəstələri və yüksək kalium səviyyəsi olan insanlar həkim məsləhəti olmadan yeməməlidir.

Allergiyası olanlar (xüsusilə qoz-fındıq və toxum allergiyası) diqqətli olmalıdır.

Piylənmə problemi olanlar tumları miqdarına diqqət yetirməlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
41
e-saglam.az

1Источники