RU

Gürcüstanda azərbaycanlı yeniyetməyə zorakılıq edən şəxs saxlanıldı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Gürcüstanda azərbaycanlı yeniyetməyə zorakılıq etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Mamuka Qiqani adlı şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs Marneulidə şirniyyat evində olarkən mübahisə zəminində mağazanın əməkdaşına qarşı fiziki zorakılıq törədib. Daha sonra hadisədən yerindən qaçıb, lakin qısa müddət sonra polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayıblar.

Faktla bağlı yeniyetməyə qarşı zorakılıq faktı ilə bağlı istintaq aparılır. Törədilmiş cinayət əməli 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Yayılan məlumatlara əsasən, Mamuka Qiqani şirniyyat mağazasının Orxan Piriyev adlı əməkdaşına gürcü dilində danışmadığına görə şillə vurub. M.Qiqaninin Marneuli bələdiyyə məclisi sədrinin müavini Riçard Qiqaninin oğlu olduğu bildirilir. Hadisə Gürcüstanın azərbaycanlı icmasında böyük hiddətə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
2
globalinfo.az

3Источники