RU

“1 il 7 aydır ki, sərhəddə əsgər ölməyib, sülh budur”

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhü yüksək qiymətləndirib.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, o bu barədə hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayındakı çıxışı zamanı danışıb.

“Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Bəyannamə ilə bərqərar oldu.

Bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb. Sülh budur  və bizim məqsədimiz odur ki, bu bir il yeddi ay iki, üç, beş, 50, 100 ilə çevrilsin və Ermənistanın bütün sərhədlərinə toxunsun”, - deyə Paşinyan qeyd edib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
11
cebheinfo.az

10Источники