Bakı. Trend:
ABŞ administrasiyası yaxın günlərdə sosial media platformasıTikTok-la bağlı Çinlə razılaşmanın imzalanacağına tam əmindir.
Trend-inməlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livittaçıqlayıb.
“Biz 100% əminik ki, saziş hazırdır. İndi sadəcə onunimzalanması lazımdır və prezidentin komandası çinli həmkarları iləbunun üzərində işləyir”, – o bildirib.
Livitt həmçinin qeyd edib ki, sazişin “yaxın günlərdə”imzalanması gözlənilir.