RU

Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi ədalətin təntənəsidirVİDEO

Bu gün Azərbaycan xalqının bütöv, müstəqil və suverən dövlətinin günüdür.

Xezerxeber.az-ın məlumatına görə, 2023-cü ilin 19-20 sentyabr tarixi yaddaşlara ömürlük həkk olundu. Heç 24 saat çəkmədi, rəşadətli ordu qarşıya qoyulan bütün vəzifələri peşəkarlıqla yerinə yetirdi. Qəhrəman oğulların şücaəti, şəhidlərin qanı bahasına vətən bütövləşdi, ərazi bütövlüyü, suverenlik tam bərpa olundu.

İki il öncə reallaşdırılan antiterror əməliyyatı ilə Azərbaycan dövləti, xalqı, hərbçisi öz gücünü bütün dünyaya bir daha sübut etdi. Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısı 1 sutkadan da az vaxtda alındı, Ermənistan Silahlı Qüvvələrinin qalıqları Azərbaycan torpaqlarından çıxarıldı, həmin ərzilərdə konstitusiya bərpa edildi.

Xarici İşlər Nazirliyinin Dövlət Suverenliyi Günü münasibətilə yaydığı bəyanatda da bildirilib ki, Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin də təntənəsidir. Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan Silahlı Qüvvələridir.

Bildirilib ki, 2 il öncə Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da artırılıb. Vaşinqton görüşü və onun nəticələri bunun bariz nümunəsidir.

Bu gün Azərbaycanın üçrəngli, əzəmətli bayrağı ölkənin bütün ərazilərində dalğalanır. Müstəqil dövlət, ərazi bütövlüyü və suverenlik xalqın milli sərvətidir. Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
35
xezerxeber.az

1Источники