RU

“Brselona” Levandovskiyə əvəzləyici TAPDI

"Bavariya"nın hücumçusu Harri Keyn karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Barselona" ingiltərəli forvardı transfer etmək istəyir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.
 

İspaniya çempionu Keyni gələn il klubla müqaviləsi başa çatan Robert Levandovskiyə ideal əvəzləyici kimi düşünür. "Barselona" 32 yaşlı futbolçu üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.


Qeyd edək ki, "Bavariya" Harri Keyni 2023-cü ilin yayında "Tottenhem"dən transfer edib.

İngiltərə millisinin üzvü Münhen təmsilçisinin heyətində meydana çıxdığı 102 rəsmi matçda 95 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
12
4
bizim.media

5Источники