Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Zəngəzur dəhlizi təşəbbüsü, yaxud Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək.
“İki sahil” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, layihənin təfərrüatlarına Ermənistan və ABŞ nümayəndə heyətləri arasında danışıqlar zamanı aydınlıq gətiriləcək.