RU

Türkiyə millisi ¼ FİNALDA

Komanda idman növlərində Türkiyə milliləri uğurlu çıxışı ilə diqqət çəkir.

Bizim.Media xəbər verir ki, bu ölkənin qadınlardan ibarət voleybol yığması dünya çempionatında gümüş medal qazandıqdan sonra kişilərdən ibarət basketbol seçməsi də Avropa çempionatında finala qədər yüksəlib.

İndi də “ay-ulduzlulular”ın kişilərdən ibarət voleybol millisi estafeti uğurlu şəkildə davam etdirir.
 

“Filenin efeleri” 1/8 finalda Niderland yığmasını məğlub edib. İlk setdə Türkiyə voleybolçuları 27:29 hesabı ilə məğlub olsa da, sonradan toparlanmağı bacarıb. İkinci setdə Slobodan Kovaçın komandası 25:23 hesabı ilə tarazlığı bərpa edib.


Növbəti iki setdə qardaş ölkənin komandasının işi daha asan olub. Bu dəfə 25:16 və 25:19 hesabı qeydə alınıb. 1/4 finalda Türkiyə yığması Polşa – Kanada cütünün qalibi ilə oynayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
7
50
bizim.media

10Источники