RU

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Salyan rayonunun Qırxçıraq qəsəbəsində yağıntılardan sonra insan sümükləri aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəsəbə sakini Cavid Rəhimovun sözlərinə görə, alış-verişdən qayıdarkən zibillərin toplanması üçün qazılmış ərazidə kəllə sümüyünə bənzər cisimlər görüb və yaxınlaşdıqda bunların insan skeleti olduğunu müəyyən edib.

Sakinlərin bildirdiyinə görə, bu ərazi qədim yaşayış məskənidir və vaxtilə burada ticarət karvanları dayanırmış.
 

Çuxanlı kənd İcra nümayəndəliyindən verilən məlumata əsasən, ötən əsrdə burada arxeoloji qazıntılar aparılıb və Mahmudabad şəhərinə aid qalıqlar tapılıb.


Faktla bağlı yerli kənd icra nümayəndəliyindən bildirilib ki, məsələ ilə bağlı artıq müvafiq dövlət orqanlarına məlumat verilib.










Sabutay, Bizim.Media, Cənub bürosu.

Избранный
2
1
bizim.media

10Источники