ain.az, Fanat portalına istinadən məlumat yayır.
"Turan Tovuz" Misli Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Bərabər səviyyəli oyunda müdafiədə çox kobud səhv buraxdıq. "Sabah" kimi rəqibə qarşı bunu etmək olmaz. Bundan sonra rəqib daha arxayın şəkildə mübarizə apardı. Təəssüflər olsun ki, ötənilki səhvlər təkrarlanmağa başlayıb. Çalışacağıq ki, bunların qarşısını alaq.
- Ötən mövsüm "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəli olurdu. Bu il bunu da görmürük. Bunun səbəbi nədir?
- Standart vəziyyətlərin üzərində əvvəlki kimi işləyirik. Bəzən alınır, bəzən isə alınmır. İnanıram ki, alınacaq. Hər şey qarşıdadır.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.