RU

İsrail qorxu içində: Netanyahu bu ölkədən ABŞ a şikayət etdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu Misiri 1979-cu ildə imzalanan sülh müqaviləsini pozmaqda, Sinay yarımadasında hərbi varlığını artırmaqda ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Amerika və İsrail rəsmilərinə istinadən “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, İsrailin baş naziri Misirin Sinaydakı hərəkətlərinin siyahısını ABŞ dövlət katibi Marko Rubioya təhvil verib. Netanyahu həmçinin Vaşinqtondan Qahirəyə təzyiq göstərməsini istəyib.

İsrail rəsmiləri iddia edirlər ki, Misir regionda hücum xarakterli hərbi infrastruktur qurur, o cümlədən aviabazaları təkmilləşdirir və yeraltı raket anbarları tikir.

Netanyahu Misir tərəfi ilə nəticəsiz danışıqlardan sonra ABŞ-a müraciət edib. Vəziyyət ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq müşahidəçilər qrupunun missiyalarının azaldılması ilə mürəkkəbləşib.

Ancaq adı açıqlanmayan Misir rəsmisi “Axios”a verdiyi şərhdə ittihamları rədd edib və ABŞ-ın bu məsələ ilə bağlı Qahirə ilə əlaqə saxlamadığını vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
globalinfo.az

1Источники