RU

Naxçıvanda avtobus qəzası: “Bir anlıq idarəetmə itdi”

“Avtobus bir göz qırpımında idarəetməni itirdi. Oturacaqdan qalxıb yerə yıxıldım, başım qapıya dəydi”.

KONKRET.az xəbər verir ki, bunu “Report”a Naxçıvan-Bakı istiqamətində hərəkət edən zaman qəzaya düşən avtobusun sərnişini Qasım Həsənov deyib.

O bildirib ki, özünə gələndə hərəni bir tərəfdə görüb: “Birinin qolu qırılmışdı, o birinin ayağı… Həmin vaxt təcili tibbi yardım çağırmışdılar. Onlar da vaxtında gəlib tibbi yardım göstərdilər, sağ olsunlar. Hazırda vəziyyətimiz yaxşıdır”.

Qeyd edək ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Избранный
19
13
konkret.az

10Источники