RU

AfD Almaniyada ilk dəfə ən populyar partiya oldu

Bakı. Trend:

Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD)partiyası ilk dəfə ölkənin ən populyar siyasi qüvvəsinəçevrilib.

Trend-inməlumatına görə, Bild nəşri bunu son ictimai rəy sorğusununnəticələrinə əsasən yazıb.

Aparılan sorğuya görə, AfD hazırda alman seçicilərinin 26faizinin dəstəyinə sahibdir. Bu, partiyanın tarixində ilk dəfədirki, ölkədə bütün siyasi qüvvələr arasında lider mövqeyəyüksəlir.

Beləliklə, AfD hazırkı kansler Fridrix Mersin təmsil etdiyiCDU/CSU blokunu geridə qoyub. Sözügedən blok seçicilərin 25faizinin dəstəyini qazanır.

Digər partiyalar isə xeyli geri qalır: Sosial Demokratlar (SPD)– 15%, “Yaşıllar” və “Sollar” isə hər biri 11 faiz dəstəyəmalikdir.

Избранный
27
1
az.trend.az

2Источники