RU

Qətər şərtini irəli sürdü: İsrail üzr istəməlidir

Qətər Qəzza ilə bağlı sülh prosesinin yenidən başlanması üçün İsrailin Dohaya endirdiyi hava zərbəsinə görə rəsmi üzr istəməsini əsas şərt kimi irəli sürüb.

Far.Az xəbər verir ki bu barədə "Axios" məlumat yayıb.

Qətərin bu mövqeyi İsrail hökuməti üçün ciddi siyasi risklər yarada bilər. Xüsusilə də baş nazir Benyamin Netanyahunun belə bir addımı atması daxildə böyük təzyiqlərlə nəticələnə bilər. Bununla yanaşı, Doha üzr mətninin ifadə tərzində müəyyən yumşaqlıq nümayiş etdirməyə hazırdır.

Yüksək səviyyəli İsrail rəsmisi isə etiraf edib ki, Tel-Əviv Qətərə hücumun yaratdığı böhranın miqyasını əvvəlcə düzgün qiymətləndirməyib. Onun sözlərinə görə, Netanyahu artıq vəziyyətin səhv hesablamalardan qaynaqlandığını anlayır.

Избранный
22
1
far.az

2Источники