RU

Putin anlayır ki, Ukraynanı təslim etməyin ən yaxşı yolu budur

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-ın təmkinli olması Kremli Ukraynanı güzəştə getməyə məcbur etmək məqsədi ilə yorucu müharibə aparmağa ruhlandırır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

Nəşrdə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin anlayır ki, hərbi eskalasiya Ukraynanı onun şərtləri ilə danışıqlara məcbur etməyin ən yaxşı yoludur. ABŞ Prezidenti Donald Tramp isə Kiyevin müdafiəsini gücləndirmək üçün çətin ki, bir ciddi iş görsün. Beləliklə, Putin Ukraynanın enerji və digər infrastrukturlarına hücumları davam etdirəcək.

Bundan əlavə vurğulanıb ki, Alyaska görüşündə Putin və Trampın danışıqları Rusiya prezidentini ABŞ liderinin münaqişəyə müdaxilə etmək istəmədiyinə inandırıb.

"Rusiyanın aqressiyasının artmasına cavab olaraq Tramp bu həftə Putinin yanaşmasından məyusluğunu bildirib. Həmçinin Moskva ilə onun müttəfiqlərinə qarşı neft gəlirlərini kəsmək məqsədilə daha sərt sanksiyaların tətbiqini təklif edib.

Eyni zamanda, Tramp ABŞ-ın addım atmasından əvvəl Kiyevin Avropa müttəfiqlərindən sərt tədbirlər görməsini də tələb edib," — deyə məqalədə qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
axar.az

2Источники