RU

Bəhram Bağırzadə Xalq artisti olmaqdan imtina etdi: “Mən onlarla eyni səviyyədə deyiləm”

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bundan sonra nə məmur, nə rəis, nə vəzifəli şəxs, nə nazir olmaq istəyirəm. Hətta Xalq artisti də olmaq istəmirəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "EDNews"a müsahibəsində deyib.

O, "Xalq artisti" adı almaq istəmədiyini açıqlayıb: Dördpendirli pizza

"Hərdən mənə deyirlər ki, vaxtı gəlib, Xalq artisti adı al. Cavab verirəm ki, istəmirəm. Versələr də imtina edəcəyəm. Çünki ayıbdır. Mən nə Müslüm Maqomayevəm, nə Rəşid Behbudov, nə də Şövkət Ələkbərova. Məni onlarla bir səviyyədə tutmaq günahdır. Əməkdar artist adım var. Bunu haqq etdim. 35 il işləmişəm. Amma Xalq artisti adı istəmirəm".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
15
yenisabah.az

10Источники