RU

SEPAH İsrail və ABŞ-yə xəbərdarlıq etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, xüsusilə İsrail və ABŞ tərəfindən ediləcək hər hansı yeni təcavüz və ya səhv addım “qəti və sarsıdıcı cavabla” qarşılanacaq.

Bakıvaxtı.az  "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.

Müqəddəs Müdafiə Həftəsi münasibətilə yayılan açıqlamada vurğulanıb ki, İran Silahlı Qüvvələri son illərdə hərbi texnologiya, müdafiə və döyüş hazırlığı sahəsində yüksək səviyyəyə çatıb.

SEPAH əlavə edib ki, ordunun gücləndirilməsi prosesi davam edəcək və mümkün risklərə cavab vermək üçün hərtərəfli hazırlıq mövcuddur.

 

Избранный
7
1
bakivaxti.az

2Источники