RU

Məşhur indie rok qrupu “Glass Animals” Bakı Kristal Zalında konsert verib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Ötən gecə Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində məşhur indie-rok qrupu “Glass Animals” Bakı Kristal Zalı səhnəsinə çıxıb.

AZƏRTAC xəbər verir ki, qrup ilk dəfə Bakıda çıxış edərək tamaşaçılara sevilən mahnılarını təqdim edib.

Solist şəhərdə qarşılaşdıqları insanların qonaqpərvərliyini qeyd edərək Bakıya yenidən qayıtmaq istədiklərini bildirib.

Daha sonra səhnəyə tanınmış DJ və prodüser Martin Qarriks çıxıb. Onun ifasında məşhur treklər səslənib, şou isə vizual effektlərlə müşayiət olunub. Qarriksin çıxışı paytaxt tamaşaçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Minlərlə insanın iştirak etdiyi konsert Formula 1 Azərbaycan Qran-Prisinin mədəniyyət proqramının əsas tədbirlərindən biri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
6
azertag.az

7Источники