RU

Azərbaycan Kubokunda yarımfinalçılar bilindi

Həndbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, nəticədə yarımfinal cütləri müəyyənləşib.

Kişilərin mübarizəsində “Qarabağ” “Azəryol”u darmadağın edib (40:23), “Dinamo” isə “Təhsil”dən üstün olub (30:19). Qadınlara gəlincə, “Sport Akademiya” “Bakı”nı (39:9), “Qarabağ” isə “Təhsil”i (39:19) məğlub edib.

Beləliklə, yarımfinalda aşağıdakı cütlər üz-üzə gələcəklər:

Kişilər

"Kür" - "Dinamo"
"Qarabağ" - "Bakı"

Qadınlar

"Kür" - "Qarabağ"
"SportAkademiya" - "Azəryol"

Yarımfinal görüşləri gələn ilin may ayına nəzərdə tutulub.

Избранный
6
fanat.az

1Источники