BAKI, 21 sentyabr. TELEQRAF
Böyük Britaniya ABŞ Hərbi Hava Qüvvələri üçün iki "E-7A Wedgetail" uzaqmənzilli radar müşahidə təyyarəsi hazırlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında məlumat verilib
"Boeing UK" şirkəti iki sərnişin "Boeing 737" təyyarəsini yüksək texnologiyalı müşahidə təyyarələrinə çevirməklə modernizasiya edəcək.
Yeni kontrakt Böyük Britaniyada 150-dən çox iş yerinin yaradılmasına və ölkə iqtisadiyyatına əlavə 36 milyon funt gəlir gətirəcək. Layihədə 40-dan çox britaniyalı təchizatçı iştirak edir.
Böyük Britaniya artıq üç "E-7 Wedgetail" təyyarəsi sifariş edib və bu təyyarələr 2026-cı ildə Krallığın Hərbi Hava Qüvvələrinə təhvil veriləcək.