Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də “Milla Dairy” süd məhsullarının istehsalı zavodunda tibbi-sosial aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin təşəbbüsü, Bakı Patologiya Mərkəzi və "AzəriMed" QSC-nin dəstəyi ilə təşkil olunub.
Aksiyada “Milla Dairy”süd məhsullarının istehsalı zavodunda fəaliyyət göstərən qadınlar müayinə olunublar.