“Real” rəhbərliyi İspaniya Kral Futbol Federasiyasına (İKFF) ünvanladığı müraciətə mənfi cavab alıb. Paytaxt klubunun şikayəti geri çevrilib.
İKFF-nin İntizam Komitəsi “Real”ın müdafiəçisi Din Höysenin qırmızı vərəqəsinə qarşı verdiyi apellyasiyanı qəbul etməyib. Bu barədə AS nəşri məlumat yayıb. Futbolçu La Liqanın 5-ci turunun “Espanyol”la oyununu buraxmalı olacaq.
Höysen “Real Sosyedad”la matçın 32-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almışdı. Paytaxt klubu buna cavab olaraq İspaniya futbolunda hakimliklə bağlı həm ötən, həm də cari mövsümdə baş verən insidentlərə görə FİFA-ya şikayət etmək niyyətində olduğunu açıqlamışdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта