"Mançester Yunayted" artıq gələn yay üçün transfer planları üzərində işləyir.
Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” 2026-cı ildə yeni yarımmüdafiəçi ilə müqavilə imzalamaq istəyir.
İnformasiyanı "Fichajes" yayıb. Mənbənin məlumatına görə, “qırmızı-şeytanlar” Federiko Valverde üçün “Real”a 100 milyon avro təklif etməyə hazırlaşır.
Valverdenin hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. "Transfermarkt" 27 yaşlı uruqvaylıya 130 milyon avro qiymət qoyub.
Valverde "Real Madrid"in heyətində indiyə qədər 328 oyun keçirib, 32 qol vurub və 32 məhsuldar ötürmə edib.
Mirağa