RU

Putin ölümdən son anda qurtulub: Üzərinə motosiklet aşacaqmış

Rusiya prezidenti Vladimir Putin diqqət çəkən açıqlama verib.

Publika.az xəbər verir ki, siyasətçi "Moskva. Kreml. Putin" verilişində ölümdən son anda qurtulmasından danışıb. Məsələ ondadır ki, reml rəhbəri aşan motosikletin altında qalacaqmış.

Prezident proqramda “Zapad-2025” strateji hərbi təlimlərininin görüntüləri nümayiş etdirilən zaman kadrları müşahidə edərkən məlum xatirəsini danışıb. Həmin vaxt Putinin yanında Rusiya müdafiə naziri Andrey Belousov və müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov da olub.

Rusiya lideri deyib ki, bir dəfə motosiklet sürərkən qəflətən sürəti artırıb və texnika tərsinə çevrilib. Putinin sözlərinə görə, o, son saniyədə ölümdən xilas ola bilib və motosiklet düz onun yanına düşüb.

Избранный
9
2
publika.az

4Источники