RU

“Bakı Qran prisi hər zaman sürprizlərlə doludur”

Milli.az saytına istinadən ain.az xəbər verir.

"Reysinq Bullz" komandasının pilotu Liam Louson hesab edir ki, Bakı mərhələsi digər yarışlardan fərqli olaraq daim gözlənilməz nəticələrlə yadda qalır.

Milli.Az xəbər verir ki, Azərbaycan Qran-prisinin əsas yarışı öncəsi açıqlama verən gənc sürücü bildirib ki, Bakı trasında nəticəni əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil:

"Burada hər an vəziyyət dəyişə bilər. Komandamız bu həftəsonuna ciddi şəkildə hazırlaşıb və biz maksimum nəticə üçün çalışacağıq. Təbii ki, həyəcan var. Məqsəd podium uğrunda mübarizə aparmaqdır, amma Bakı yarışında hər şey mümkündür. Ona görə də diqqətimizi tam toplamalı və hər fürsətdən düzgün yararlanmalıyıq".

Qeyd edək ki, Liam Louson ötən gün keçirilən sıralama turunda üçüncü yeri tutub.

Tural

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
news.milli.az

7Источники