RU

Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edildi

Güneyli mədəni fəal və Azərbaycan rəqsini təbliğ edən Peyman İbrahimi Təbriz İstintaq İdarəsinin 15-ci bölməsinə çağırıldıqdan sonra həbs olunaraq zindana atılıb.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Onun həbsi "dövlət quruluşuna qarşı təbliğat aparmaq" ittihamı ilə əsaslandırılıb.

Qeyd edək ki, Peyman İbrahimi 2023-cü il avqustun 27-də atasının evində saxlanılmış, iki aydan artıq həbsdə qaldıqdan sonra zaminə buraxılmışdı.

Həmin ilin dekabrında keçirilən məhkəmə prosesində o, "dövlət quruluşuna qarşı təbliğat" və "ölkə rəhbərini (Əli Xameneini) təhqir" ittihamları ilə ümumilikdə 22 ay 17 gün azadlıqdan məhrum edilib.

Избранный
43
5
news24.az

7Источники