RU

Paşinyan və məmurlar Yerablura GETMƏDİ

İrəvandakı Yerablur hərbi panteonuna Ermənistanın Baş naziri Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyanın adından əklillər qoyulub. 

“Cebheinfo.az” bu barədə erməni mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, hələlik siyasi elitanın heç bir nümayəndəsi panteona baş çəkməyib.

Dünən jurnalistlərin sualına Paşinyan Yerablura gedib-getməyəcəyini cavablandırmaqdan imtina edib.

Dünən isə müharibədə ölən ermənilərin yaxınları gecəni panteonda keçiriblər. Onlar Paşinyanı əraziyə buraxmayacaqlarını bildiriblər.

Избранный
16
1
cebheinfo.az

2Источники