RU

Biləsuvarda sürücü sükan arxasında ürək tutmasından öldü

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hakimiyyet.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəyev Mirzə Xıdır oğlu minik avtomobilini idarə edərkən halı qəfildən pisləşib. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerində həyatını itirən sürücünün ürək tutmasından vəfat etdiyi bildirilir.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
17
13
hakimiyyet.az

10Источники