RU

“O, həmişə meydanda olmaq istəyən insandır, futbol oynamağı çox sevir”

“Barselona”nın müdafiəçisi Jül Kunde komandanın hücumçusu Lamin Yamal barədə danışıb.

Sportinfo.az xəbər verir ki, “Barca Universal”-a açıqlamasında Kunde bunu deyib:

“Yamal həmişə meydanda olmaq istəyən insandır. Futbol oynamağı çox sevir. Ümid edirik ki, o, tezliklə geri dönəcək. Hazırda komandamız güclüdür və rəqabət aparmağa qadirdir”.

18 yaşlı vinger bu mövsüm İspaniya çempionatının üç oyununda 2 qol vurub və 3 məhsuldar ötürmə verib. O, hazırda İspaniya millisində aldığı zədədən bərpa olunur.

“Barselona” sentyabrın 21-də, La Liqanın 5-ci turunda evdə “Xetafe”ni qəbul edəcək.

Избранный
15
sportinfo.az

1Источники