RU

Türkiyə tərsanələrində təqribi dəyəri 300 milyon dollar olan 30-dan çox hərbi gəmi tikilir

Ankara, 21 sentyabr, AZƏRTAC

Türkiyə tərsanələrində təqribi dəyəri 300 milyon dollar olan 30-dan çox hərbi gəmi tikilir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin ən böyük texnologiya şirkətlərindən biri olan STM-in baş direktoru Özgür Gülerüz məlumat verib.

O xatırladıb ki, iki il əvvəl STM-in səyləri sayəsində TCG İSTANBUL (F-515) freqatı Türkiyə Hərbi Dəniz Qüvvələri komandanlığına təhvil verilib və idxalın 80%-ni əvəzləyib.

STM-in baş direktoru 2024-cü ilin sonunda şirkətin dövriyyəsinin 550 milyon dollar olduğunu və bu məbləğin 65-70%-nin ixracdan əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyənin orta dəyəri 600 milyon dollara qədər olan hərbi gəmiləri ixrac etmək üçün hər cür imkanı var. STM şirkətinin Ukrayna, Malayziya, Portuqaliya və Pakistanla müqavilələri olduğunu vurğulayan Ö.Gülerüz deyib: “Bu, tamamilə əldə edilə bilən bir məqsəddir”.

O, həmçinin STM mühəndislərinin perspektivli layihələrinə diqqət çəkib: 300 metrə qədər dərinlikdə işləməyə qadir olan avtonom, pilotsuz sualtı aparat hazırlanır. “Yeni aparat STM NETA adlanır. Layihə işlərinin 80 faizi artıq tamamlanıb. Biz hazırlığı tezliklə başa çatdırmağı planlaşdırırıq", -deyə baş direktor qeyd edib.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüusi müxbiri

Ankara

Избранный
11
3
azertag.az

4Источники