RU

Netanyahu Suriya ilə sülh sazişi imzalanmasını istisna etməyib

İsrailin Baş nazir Binyamin Netanyahu Suriya ilə danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.

“İki sahil” "Times of İsrael"ə istinadən xəbər verir ki, Netanyahu bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.

O bildirib ki, sözügedən irəliləyiş rəsmi Dəməşq ilə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər:

"Biz suriyalılarla əlaqələr qururuq və müəyyən irəliləyiş əldə olunub, lakin dəqiq mənzərə hələ gələcəkdə bəlli olacaq".

Nəşr qeyd edib ki, rəsmi Dəməşq İsraildən hava zərbələrinin dayandırmasını və Suriyanın cənubuna irəliləyən qoşunlarının geri çəkilməsini tələb edir.

Избранный
14
2
ikisahil.az

3Источники