Millimiz oktyabrda dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki oyuna çıxacaq.
Komandamız Fransa və Ukrayna ilə səfərdə üz-üzə gələcək. futbolçuları bu matçlara kimin çıxaracağı hələ bəlli deyil.
AFFA İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərdiyi Fernandu Santuşu əvəzləməyə məşqçi tapmaqda çətinlik çəkir. Əslində, namizəd var, lakin onunla hələ razılıq əldə olunmayıb.
Söhbət Ayxan Abbasovdan gedir. Yığmanı Ukrayna ilə Bakıda matça (1:1) çıxarmış mütəxəssisə ilin sonunadək burada işləmək təklif edilib.
Hazırda həm «Şamaxı»nı, həm də U-21-i çalışdıran Abbasovla federasiyada görüş keçirilib. Qurumun rəhbərliyi ondan millini qarşıdakı 4 oyuna çıxarmasını istəyib.
Abbasov bu təklifə tərəddüdlə yanaşıb. Qəti qərar vermək üçün bir neçə gün vaxt alıb. Bu məqsədlə yaxın günlərdə tərəflər arasında növbəti görüş keçiriləcək.
SPORTİNFO.AZ