RU

Rusiya Ukraynaya yeni üsulla hücuma keçdi

Rusiya ordusu Çerniqov vilayətinin Nijin bölgəsinə qarşı əvvəllər istifadə olunmamış yeni hücum növünü tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nijinin meri Aleksandr Kodola məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya ordusu Çerniqov vilayətinin Nijin şəhərinə dronlar vasitəsilə naməlum partlayıcı maddələr atıb:

“Bu, yeni hücum növüdür. İndiyədək ruslar belə bir üsuldan istifadə etməmişdi. Hazırda mütəxəssislər həmin maddələrin tərkibini və təhlükə səviyyəsini araşdırır”.

Mer bildirib ki, hücum nəticəsində heç kim xəsarət almayıb və heç bir nəqliyyat vasitəsinə zərər dəyməyib./axar.az

Избранный
7
2
bakivaxti.az

3Источники