RU

KİV: Əfqanıstanın Baqram aviabazasında partlayış olub

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Əfqanıstanın "Baqram" aviabazasında partlayış olub.

Bu barədə "Report" yerli KİV-ə istinadən xəbər verir.

Partlayışın səbəbi məlum deyil. Bəzi mənbələr bunun hava ya raket, ya da pilotsuz təyyarə hücumu ola biləcəyini iddia edir.

Partlayış barədə xəbər ABŞ Prezidenti Donald Trampın "Baqram" aviabazasını Vaşinqtonun istifadəsinə verməkdən imtina edəcəkləri təqdirdə Əfqanıstan hakimiyyətini xoşagəlməz halla hədələdiyi növbəti bəyanatından bir neçə saat sonra yayılıb. "Taliban" isə öz növbəsində Trampın tələbini rədd edib və qeyd edib ki, xarici hərbi mövcudluğu bərpa etmək üçün istənilən cəhd qəti müqavimətlə qarşılanacaq.

"Chashm News"un məlumatına görə, yerli hakimiyyət hadisəni sursat partlayışı ilə əlaqələndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
4
icma.az

3Источники