RU

Azərbaycanı Açıq Avropa Turnirində təmsil edəcək cüdoçular müəyyənləşib

Bakı. Trend:

Azərbaycanı Çexiyanın paytaxtı Praqada təşkil olunacaq AçıqAvropa Turnirində təmsil edəcək cüdoçular müəyyənləşib.

Trend cüdofederasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,turnirdə ölkəmizi 11 çəki dərəcəsində 24 cüdoçu (15 kişi, 9 qadın)təmsil edəcək.

Yarışda kişi cüdoçulardan Hüseyn Allahyarov, Murad Muradlı,Qasım Vəlizadə (hamısı 60 kq), Kənan İsmayılov, Tofiq Məmmədov,Elşən Əsədov, Nazir Talıbov, İslam Rəhimov (hamısı 66 kq), KamranSüleymanov, İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev(hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Naim Hüseynov (90kq), Elmar Qasımov (100 kq), qadınlardan isə Könül Əliyeva (48 kq),Gültac Məmmədəliyeva (52 kq), Gülnarə Bayramova, Ülviyyə Bayramova,Vüsalə Hacıyeva (hamısı 57 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı(hər ikisi 70 kq), Günel Həsənli və Nərmin Əmirli (78 kq) iştirakedəcək.

İdmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi SlavkoTekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifrəhbərlik edəcək.

Qeyd edək ki, 27–28 sentyabrda təşkil olunacaq turnirdə 37ölkədən 454 idmançı (283 kişi, 171 qadın) qüvvəsini sınayacaq.

Избранный
27
9
az.trend.az

10Источники