RU

İtaliyada 1,1 milyon insan Altsheymer xəstəliyindən əziyyət çəkir

İtaliyada təxminən 1,1 milyon insan Altsheymer xəstəliyindən əziyyət çəkir.

“İki sahil” xəbər verir ki, ölkədə 4 milyondan çox insanın əziyyət çəkdiyi Altsheymer yalnız yaddaş pozğunluğu deyil, həm də sosial həyata təsir edən vəziyyətdir. Çünki İtaliyada ən azı 3 milyon ailə baxıcısı var ki, onlar çox vaxt böyük bir yüklə üz-üzə qalır və bu, onların psixoloji, fiziki və iqtisadi sağlamlığına ciddi təsir göstərir.

Aparılan araşdırmaya görə, xəstələrə qayğı göstərənlərin 40 faizində narahatlıq və ya depressiya əlamətləri inkişaf edir. Bir çox ailələr diaqnozu gizlətmək, təcrid edilmiş və dəstəkdən məhrum olmaq hökmü ilə yaşayırlar. Ölkədə hər il bu xəstəliyin müalicəsi və digər xərcləri təxminən 15 milyard avro təşkil edir.

Qeyd edək ki, 21 Sentyabr - Ümumdünya Altsheymer Günüdür. Altsheymer hazırda dünyada 7-ci əsas ölüm səbəbidir.

Избранный
32
3
ikisahil.az

4Источники