RU

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu!

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Həsrət Cəfərov Xorvatiyada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil edilmiş dünya çempionatına bu gün yekun vurulub.

Sonuncu yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kq-da medalçılar müəyyənləşiblər.

İkinci dəfə dünya çempionatının finalına yüksəlmiş Həsrət Cəfərov (67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub.

Bununla da yunan-Roma güləşçilərimizin mundialda medalların sayı 4-ə çatıb. Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.

error: Məzmun qorunur!
Избранный
12
12
arena.az

10Источники