Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, ikinci dəfə dünya çempionatının finalına yüksələn idmançı həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb.
Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında keçirilən dünya çempionatlarında 3-cü (2 gümüş, 1 bürünc) medalı olub.
Beləliklə, yunan-Roma güləşçilərimizin Xorvatiyadakı mundialda qazandığı medalların sayı 4-ə çatıb.
Qeyd edək ki, bu, Azərbaycan güləşçilərinin dünya çempionatındakı 8-ci medalı olub. Daha əvvəl Ülvi Qənizadə (72 kq) dünya çempionu adını qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.