Krımda Ukrayna ordusunun hücumu nəticəsində 15 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Krıma hazırda rəhbərlik edən Sergey Aksyonov öz “Telegram” kanalında məlumat verib.
O hadisə zamanı ölənlərin də olduğunu bildirib. Onların sayı dəqiqləşdirilir.
"Yaralananlar və ölənlər var. Hazırda yaralıların sayı təxminən 15 nəfərdir, ölənlərin sayı dəqiqləşdirilir", - o yazıb.
Aksyonov həmçinin kəndlərdən birində sanatoriya və məktəbin ərazisindəki bir neçə obyektə ziyan dəydiyini bildirib.